Prezidentin “Şöhrət” ordeni verdiyi Ələkbərov kimdir?

Prezidentin “Şöhrət” ordeni verdiyi Ələkbərov kimdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Ələkbərov "Şöhrət” ordeni ilə təltif edilib.

Sfera.az  xəbər verir ki, Sahib Nurəddin oğlu Ələkbərov 10 yanvar 1952-ci ildə Samux rayonunda anadan olub. Bu gün 70 yaşı tamam olur.

O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis işləyib. 1975-ci ildən komsomol və partiya orqanlarında çalışıb. 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilib.

2020-ci ilin aprelindən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.
 
Sfera.az kollektivi adından Sahib Ələkbərovu "Şöhrət” ordeni ilə təltif olunmasına görə təbrik edir, ona uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

OXŞAR XƏBƏRLƏR

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...