Azərbaycanda gimnastika yarışları bərpa olundu

Azərbaycanda gimnastika yarışları bərpa olundu
Azərbaycan Gimnastika Federasiyası (AGF) ölkədaxili yarışları bərpa etmək qərarına gəlib.

Sfera.az AGF-a istinadən xəbər verir ki, yarışların Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

İlin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.

29 yanvar 2022-ci il - Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

24-25 fevral - Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

16 mart - Bədii gimnastika üzrə 27-ci Azərbaycan Çempionatı

25-26 mart - Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Qeyd edək ki, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi, gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı.

OXŞAR XƏBƏRLƏR

Bakıda FACİƏ - 2 nəfər...

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, aprelin ...

Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir   Prezident İlham Əliyevin rəhbərl...

""Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib" - Rüstəm Ağayev

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib.    Sfera.az xəbər verir...

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...