Instagram-da 1 dəqiqəlik Stories-lər olacaq

Instagram-da 1 dəqiqəlik Stories-lər olacaq
Instagram daha uzun xronometraja sahib Stories-lərin testinə start verib. Qeyd etmək lazımdır ki, Instagram-dakı Stories-lərin xronometrajları 15 saniyə təşkil edir. Lakin bəzi regionların istifadəçiləri artıq 1 dəqiqəlik Stories-lər yükləyə bilirlər. Analitiklərin fikirlərinə əsasən bu, TikTok-un istifadəçi kütləsini özünə cəlb etməyin növbəti üsuludur. Sosial şəbəkələr üzrə mütəxəssis Matt Navarra aşkar edib ki, Türkiyədən olan istifadəçilər üçün Stories-lərin yeni formatı istifadəyə verilib. Belə ki, yeni format çərçivəsində türkiyəli istifadəçilər 1 dəqiqəlik xronometraja sahib Stories-ləri Instagram-a yükləyə bilirlər.

Fotoservisin sistemi bu cür videoları 15 saniyəlik ayrı-ayrı kiçik hissələrə bölmədən bir dəfəyə onları Stories bölməsinə yerləşdirir. Bundan əlavə olaraq əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Instagram Stories paylaşımlarını yükləmək üçün nəzərdə tutulmuş yeni interfeys üzərində çalışır və həmin interfeys Stories paylaşımlarında digər istifadəçiləri və yerləri işarələmək prosesini daha da sadələşdirəcək. Yenilənmiş interfeysin nə zaman istifadəyə veriləcəyi barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 1 dəqiqəlik Stories-lər də hələ hamı üçün aktiv edilməyib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? - FOTO

Bir neçə gündür, Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları məşq edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çər...

Bakı metrosunda nasazlıq - Qatarlar gecikir / YENİLƏNDİ

Bakı metrosunda qatar gecikib.   Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.   Təxminən 6 dəqiqəyə yaxındır ki, “Dərnəgül”- ...

Məktəblərdə bayramdan sonrakı ilk dərs günü nə vaxtdır? - AÇIQLAMA

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) gü...

Qəbələdə Nohurgöl daşdı - VİDEO

Qəbələnin Vəndam qəsəbəsində Nohurgöl güclü yağan yağışlar nəticəsində daşıb.   Sfera.az xəbər verir ki, daşqın göldə olan balıqları sahilə çıxarıb. ...

DİQQƏT!  Əmək kitabçaları ləğv olunacaq

“Azərbaycanda əmək kitabçaları ləğv olunacaq”.   Sfera.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəy...

İcra hakimiyyətində YENİ TƏYİNAT

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.   İcra Hakimiyyətindən verilən məlumata görə, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçı...