Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü – FOTO

Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü – FOTO
Dekabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-averilən məlumata görə, spiker ümidvar olduğunu bildirib ki, onun ölkəmizə ilk səfəri münasibətlərimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcək. Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcuddur.

Milli Məclisin sədri bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq, öz torpaqlarını qəsbkarlardan azad etdi. O, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat verib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışıb.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə görə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edərək, öz ürək sözlərini söyləyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Hüseyn Əmir Abdullahian iki ölkə münasibətlərinin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da inkişafında İranın maraqlı olduğunu deyib. Qeyd edilib ki, hər iki dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ başlayıb.

O, yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığımızın daha da dərinləşməsinə parlamentlər də mühüm töhfə verir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...