Əliyev-Paşinyan görüşü Sankt-Peterburqda keçiriləcək?

15:17 / 22.12.2021
815
Müstəqil
Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də
Sankt-Peterburqda keçiriləcək.
Bu barədə
danışan Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev "2021-ci il
dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının
qeyri-formal sammiti keçiriləcək” deyə qeyd edib. İlkin məlumata görə,
qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
Sfera.az
bildirir ki, politoloq Zaur Məmmədov dekabrın 28-29 tarixlərində Azərbaycan və
Ermənistan liderlərinin də iştirak edəcəyini və Sank-Peterburqda dəmiryolu,
avtomobil yolu ilə bağlı əldə edilmiş
razılıqların hüquqi müstəviyə keçirəcəyini deyib:
"Burada ən
maraqlı məqamlardan biri Laçın və Zəngəzur yollarının statusu ilə bağlı olacaq.
Ehtimal edirəm ki, növbəti addım Konstitusiyaya dəyişikliklərlə əlaqəli ola bilər.
Ermənistan Konstitusiyasındakı dəyişikliklər ciddi maraq kəsb edəcək. 1992-ci
ildə Türkiyə münasibətlərin qurulması üçün şərtlər irəli sürmüşdü - gerbdə Ağrı
dağından və Müstəqillik aktının 11 ci maddəsindəki soyqırım
iddialarından imtina”.
Politoloq
Paşinyanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı olduğunu əlavə
edib.
Günay Rəsulqızı