Moskvada Əliyev-Paşinyan görüşü mümkündür? - AÇIQLAMA

Moskvada Əliyev-Paşinyan görüşü mümkündür? - AÇIQLAMA
Ermənistan mediası Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyanın ilin sonuna kimi Rusiyanın paytaxtı Moskva şəhərində görüşə biləcəyini yazır. Görüşün mümkünlüyü həm də Soçi razılaşmasının praktiki mərhələyə keçirilməsi baxımından vacib hesab edilir. 
 
Maraqlıdır, indiki halda belə bir görüşün keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu mümkündür.

"Görüş Moskva şəhərində baş tutacaq. Görüşün geniştərkibli olması gözlənilir. Yəni müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirlərinin də iştirak edəcəyi iddia olunur. Belə bir tərkibdə görüşün olması ciddi gözləntilər yaradır:

Birincisi, sərhədlə bağlı razılaşmada praktiki addım atıla bilər. Çünki müdafiə nazirlərinin iştirakı delimitasiyaya dair müqavilənin imzalana biləcəyi ehtimalını önə çıxarır. 

Soçidə sərhədin delimitasiyası, ardınca demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı. Bu o deməkdir ki, delimitasiya sərhədin xəritə üzərində çəkilməsi Rusiyanın da prosesdə iştirakı ilə həyata keçiriləcək. Demarkasiya üzrə yaradılacaq ikitərəfli komissiya delimitasiya müqaviləsi əsasında sərhədi çəkəcək.
 
İkincisi, kommunikasiya üzrə Soçi və Brüssel razılaşmaları əsasında görüləcək işlər konkretləşdirilə bilər. İşçi Qrupunun iştirakının bununla bağlı olacağı mümkündür.

Üçüncüsü, yekun sülh sazişinin müzakirəsi təşkil edilə bilər. XİN rəhbərlərinin iştirakı bu ehtimalı önə çıxarır. İstisna deyil ki, Rusiya gələcəkdə imzalanması gündəmdə olan yekun sazişin vasitəçiliyini indidən üzərinə götürmək istəyir.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...