“Kreml “qırmızı cizgiləri” aşdı” – ŞƏRH

“Kreml “qırmızı cizgiləri” aşdı” – ŞƏRH
"Kreml Qərbə qarşı siyasətini sərtləşdirib, mesaj bundan ibarətdir: "NATO Ukrayna üzvü olarsa, Rusiya ordusu Ukraynaya daxil olacaq”. Bu hələ bir az "mədəni” mesajdır, əslində demək istəyirlər ki, "Ukrayna və Rusiyaya yaxın ölkələr Kremlin arxa baxçasıdır, bu dövlətlər NATO üzvü və ABŞ-ın müttəfiqi ola bilməzlər”.

Sfera.az bildirir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Kremlin təhdidi Ukrayna ilə kifayətlənmir:

"Rusiya Prezidenti Vladimir Putin Vaşinqton, Paris və Berlindən tələb edir ki, Kremlin cızdığı "qırmızı cizgilər”lə bağlı təcili danışıqlar başlasın. Vaşinqton və Brüssel ultimatum dilini qəbul etmirlər. Qərb "soyuq müharibə” illərində olduğu kimi, ölkələri "təsir dairələrinə” bölmək istəmir. Qərbin və NATO-nun ümumi mövqeyi belədir ki, hər bir ölkə xarici və təhlükəsizlik siyasətini seçməkdə sərbəstdir, Ukrayna, Gürcüstan və ya digər dövlət Qərbin iqtisadi və hərbi blokuna qəbul olmaq istəyirsə, bu seçimə hörmət etmək lazımdır. 

Kreml belə bir seçimi tanımaq istəmir. Rusiya Prezidenti Vladimir Putinin arqumenti budur ki, ABŞ nüvə başlıqları daşıyan raketlərini Polşa və Rumıniyada yerləşdirib, növbədə Ukraynadır, belə olan halda Amerika raketləri Moskvanı bir neçə dəqiqə ərzində vura bilərlər. 

Putinin sözlərinə görə, Vaşinqton nə şifahi, nə də yazılı sazişlərə riayət edir: "Vaşinqton bildiyini edir, BMT Təhlükəsizlik Şurasının qərarı olmadığı halda İraqa hücum etdi, bu ölkəni viran qoydu, terrorun yuvasına çevirdi, başqa hallarda isə BMT qərarlarına istinad edir”. Putin fikrini belə davam etdirir ki, İraq və ya Liviyaya Rusiyanın əli çatmadı, Vaşinqtona mane ola bilmədi, ancaq Ukrayna Rusiya üçün "qırmızı çizgidir”. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Amerika ordusunun və kəşfiyyatının zabitləri artıq Ukraynada və Donbassla "təmas xəttində” yerləşiblər”.   

Politoloqun sözlərinə görə, Kreml "hədəfləri” böyüdüb: 

"Vaşinqtondan tələb edir ki, "Ukraynanı tərk edin”. Kreml Ukrayna ilə kifayətlənməyərək Amerika raketlərinin Şərqi Avropadan çıxarılmasını, Rusiya sərhədindəki Baltik ölkələrində hərbi bazalarının yaradılmamasını da tələb edib. Aydındır ki, Vaşinqton və Brüssel Kremlin bu şantajına baş əyməyəcəklər. Belə olan halda Kremlin cavabı nə olacaq?    

Kreml özü "qırmızı cizgiləri” aşıb və belə məlum olur ki, onun şərtləri qəbul olunmasa, Ukraynaya müdaxilə planı həyata keçiriləcək. Kreml danışıqlar tələb edir, özü də bu tələbi irəli sürərkən masada yalnız Vaşinqtonun olmasını istəyir. "NATO və Avropanı Vaşinqton idarə edir. Amerika bu ölkələrin sahibidir, ona görə də biz vassalarla yox, sahiblə danışıb razılaşma əldə etmək istəyirik” deyən rusiyalı rəsmilər qarşırdurmaya hazırlaşırlar. Ancaq Kremlin həmişə olduğu kimi hesaba qatmadığı amil var: SSRİ də Qərblə eyni dildə danışırdı, ancaq sonu yaxşı olmadı”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...