“Təhsil nazirinə hücumları təsadüfi saymıram...” – Emil Məmmədov

11:38 / 22.12.2021
705
"Təhsil naziri Emin Əmrullayevə hücumları təsadüfi
saymıram, gözlənilən idi ”.
Onun fikirlərini təqdim edirik:
"Cəmi 2 gün əvvəl Təhsil Nazirliyi ilə bağlı
dövlət səviyyəsində 3 çoxdan gözlənilən və əhəmiyyətli qərar qəbul olunmuşdu:
1. İcra hakimiyyətləri məktəblər üzərində təsir
mexanizmlərini itirdi;
2. İcra hakimiyyətləri uşaq bağçaları üzərində
nəzarətini itirdi;
3. Təhsil Nazirliyinin regional idarələri Azərbaycanın
yeni yaradılan iqtisadi-inzibati bölgüsünə əsasən formalaşdı.
Yəni ən az 3 sahədə "5-ci kalon”a yaxınlığı ilə
seçilən icra hakimiyyəti sistemi Prezidentin səmərəli islahatlarına uduzdu. Nəticə isə özünü çox yubatmadı. "5-ci kolon”
Emin Əmrullayevə qarşı hücuma keçdi. Emin Əmrullayevin əslində hər kəs tərəfindən
rəğbətlə qarşılanan canlı video müsahibəsindəki 1 cümlə kontekstdən
çıxardılaraq ictimai rəydə çaşqınlıq yaradıldı.
Namiq