XİN rəhbəri Talatbek Masadikovla görüşdü

XİN rəhbəri Talatbek Masadikovla görüşdü
Azərbaycanın arici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşü baş tutub.

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib. İqtisadi sahədə mövcud potensialdan istifadə edilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, iqtisadi və humanitar sahədə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə istinad edilib. İki ölkənin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edən nazir, bu əməkdaşlığın gələcəkdə daha da inkişafından bəhs edib.

Talatbek Masadikov iki ölkə arasında hər zaman yaxşı münasibətlərin mövcud olduğunu qeyd edib. O, müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında, daha sonradan isə Prezident İlham Əliyevin başçılığı ilə davamlı inkişaf edən Azərbaycanın hər bir uğuruna qırğız xalqının sevindiyini söyləyib.

Tərəflər ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə rəsmiləri arasında təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.

Ceyhun Bayramov həmsöhbətinə bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə bərpa və quruculuq işləri, Azərbaycanın bölgənin gələcək inkişafına baxışı, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən atılan addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə dair məlumat verib.

Görüşdə tərəflər həmçinin Əfqanıstandakı vəziyyət, bu vəziyyətin qonşu ölkələrə təsiri, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər NazirləriŞurasının bu xüsusda keçirilmiş növbədənkənar iclasının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...