Kreml buna görə həm İrəvana, həm də Bakıya qəzəblidir – “Yeni gərginliyin olması mümkündür”

Kreml buna görə həm İrəvana, həm də Bakıya qəzəblidir – “Yeni gərginliyin olması mümkündür”
Son vaxtlar Azərbaycanla Qərb arasındakı münasibətlərdə yeni mərhələ başlayıb. Xüsusilə Avropa İttifaqı ilə əlaqələrimiz genişlənir.
 
Maraqlıdır, Azərbaycanın Qərblə yaxınlaşmasına Rusiyanın mümkün reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov belə bir sitiuasiyanın Rusiyanı qıcıqlandırdığını vurğulayıb. Müsahibimizin sözlərinə görə, Bakı və İrəvanın Qərblə dialoqları Moskvanın Cənubi Qafqazdakı təsir qüvvəsinin azalması anlamına gəlir:

"Xüsusilə Avropa İttifaqının (Aİ) Qarabağdakı bərpa işlərində iştirakı Kremlin torpaqlarımızla bağlı çirkin planlarının üstündən xətt çəkilməsidir. Bizim Aİ ilə münasibətlərimiz uzun illərdir davam edir, yəni yeni deyil, ancaq durum dəyişir. İndi Qərblə Rusiya arasındakı mübarizə daha amansızdır. Bölgənin dünya gücləri üçün əhəmiyyəti isə getdikcə artır. Belə olan halda indidən təxmin etmək olar ki, Qərb regiona gəlməkdən ötrü əlaqələrin güclənməsində maraqlıdır. Lakin Rusiyanın Azərbaycan-Aİ, Ermənistan-Aİ münasibətlərinə səssiz yanaşacağını düşünmək sadəlövhlük olar. Şimal qonşumuzun hər iki tərəfə təzyiqləri artıracağı istisna deyil. Həmçinin Ermənistan ordusundakı ruspərəst qüvvələrin "əli ilə" təxribatların baş verməsi, beləliklə, gərginliyin yaranması mümkündür. Rusiya bilir ki, belə olsa, hər iki tərəf istər- istəməz üzünü Kremlə çevirəcək”.

K.Novruzov bildirib ki, Kremli fakt qarşısında qoymaqdan ötrü Qərblə əlaqələrimizi gücləndirməyə davam etməliyik:

"Hər halda Qərb iki pisdən daha az pisi olanıdır. Birincisi ona görə ki, Rusiya bizə daha yaxındır, təhdid imkanları çoxdur. İkincisi, hazırda Qarabağ məsələsində Qərbə nisbətən Rusiyanın təsir imkanları güclüdür. Bizim Aİ ilə yaxınlaşmağımız bu məsələdə balans yaradacaq, başqa sözlə, Moskvanın "rıçaq"larını azaldacaq. Üçüncü bir tərəfdən isə qardaş Türkiyənin NATO ölkəsi olması Qərbdən gələn təhlükələr üçün "hava yastığı" ola bilər”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...