Gürcüstan Ankara görüşünə “hə” deyəcək? – Paşinyan rəsmi Tiflisi buna razı salmağa çalışır

Gürcüstan Ankara görüşünə “hə” deyəcək? – Paşinyan rəsmi Tiflisi buna razı salmağa çalışır
Məlum olduğu kimi Gürcüstan Moskvada "3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan;n Xarici işlər naziri İrakli Qaribaşvili ölkəsinin platformanın ilk iclasında iştirak etməyəcəyini bildirmişdi.
 
Aydın məsələdir ki, rəsmi Tiflis Rusiya faktoruna görə "3+3” platformasının ilk görüşündə iştirak etmədi. Bununla belə Gürcüstanın "3+3” platformasından tamamil’ imtina edəcəyini düşünmürəm. Məsələ ondadır ki, "3+3 platforması”nın növbəti iclası Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. Türkiyəli rəsmilər indidən çalışır ki, Ankaradakı görüşdə Gürcüstan da iştirak etsin. 
 
Mövcud Abxaziya və Cənubi Osetiya problemləri və Rusiyanın hələ də bu separatçı rejimlərə dəstək verməsi səbəbindən rəsmi Tiflisin "3+3 platforması” ilə bağlı qərar verməsi çətindir. Ancaq nəzərə də almaq lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə Prezidentləridir. Yəni Gürcüstana təklif Ankara və Bakıdan gəlib. İndiki halda həm Türkiyə, həm də Azərbaycan Gürcüstanın "3+3” formatında iştirakını arzulayır. Bu istək Moskvada baş tutmasa da, Ankarada reallaşa bilər.
 
Paşinyan Tiflisi "3+3 platforması”na razı salmağa gedib?

Türkiyə və Azərbaycan kimi Ermənistan da Gürcüstanın "3+3 platforması”nda iştirak etməsini istəyir. Çünki Ermənistanın indiki halda Gürcüstanın bu platformada iştirakına ehtiyacı var. Məsələ ondadır ki, Türkiyə ilə münasibətlərin bərpa edilməsi və Qərbə inteqrasiya baxımından bu platforma İrəvan üçün əvəzolunmaz fürsətdir. Digər tərəfdən, Rusiya və İranın da platformanı dəstəkləməsi Ermənistanı istəklərinə bir adım da yaxınlaşdırır. Lakin  Gürcüstananın Moskvada "3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etməməsi İrəvanı çətin vəziyyətdə qoydu. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 20-də Gürcüstana işgüzar səfər etdi.
 
Qeyd etmək lazımdır ki, Nikol Paşinyan İrakli Qaribaşvili ilə əvvəlcə təkbətək görüşüb, daha sonra liderlərin iştirakı ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçirilib. Görüş hər nə qədər işgüzar xarakterli olsa da, aydın məsələdir ki, qapalı qapılar arxasında Paşinyan ilə Qaribaşvili arasında Gürcüstanın "3+3 platforması”na qayıtması istiqamətində müzakirələr də olub. Məsələ ondadır ki, rəsmi İrəvan özü kimi Qərbə inteqrasiya edən Gürcüstanın platformadan kənarda qalmasını istəmir. Onsuz da hazırda Paşinyana Türkiyə ilə münasibətləri bərpa etdiyi üçün kifayət qədər tənqidlər səslənir. Gürcüstan patformada iştirak edəcəyi təqdirdə Paşinyana qarşı tənqidlər də azala bilər. Faktiki olaraq Nikol müxalifətə deyəcək ki, Ermənistan bölgə ölkələrinin tamamının iştirak etdiyi platformadan kənarda qala bilməzdi.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...