Ömürlük diplomatik pasport verilməsi təklifinə sabiq deputatlardan REAKSİYA

Ömürlük diplomatik pasport verilməsi təklifinə sabiq deputatlardan REAKSİYA
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar ömürlük diplomatik pasportun onlara da şamil edilməsini təklif ediblər. Deputat Sabir Rüstəmxanlı isə çıxışında deyib ki, diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir: 
 
"Məncə, millət vəkilliyi vaxtı qurtaran, amma Azərbaycanda hələ də fəaliyyət göstərən insanların diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatların da diplomatik pasportları qaytarılsın”, deyib.

Maraqlıdır, ömürlük diplomatik pasportun verilməsinə sabiq deputatların mövqeyi necədir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən keçmiş millət vəkili Ümid Partiyasının sədri İqbal Ağazadə, ömürlük diplomatik pasportun verilməsi təklifini müsbət addım kimi qiymətləndirib:
 


"Dünya təcrübəsində ömürlük diplomatik pasportun verilməsi halları var. Bir halda ki, diplomatik işlərdə işləyən insanlara belə bir pasport verilir nə üçün xalqın seçdiyi deputatlara da verilməsin? O ki qaldı ömürlük diplomatik pasportun keçmiş deputatlara da verilməsinə deyə bilərəm ki, bunda da qeyri-adi heç nə yoxdur. Çünki keçmiş deputatlar da müəyyən məsuliyyət daşıyır. Digər tərəfdən, onların sayı da çox deyil”.
 


Keçmiş deputat Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə deyib ki, ömürlük diplomatik pasportun verilib-verilməməsinin elə də bir fərqi yoxdur:

"Bilirsiniz, deputatı xalq seçir. Xalqın seçdiyi deputata ömürlük diplomatik pasportun verilməsində heç bir qüsur yoxdur. Lakin verilməsə də, olar”.
 
Keçmiş deputat Cümşüd Nuriyev qeyd edib ki, dünyanın hər yerində parlamentin üzvlərinə ömürlük diplomatik pasport verirlər:
 


"Ümumiyyətlə, dünyanın heç bir yerində parlament üzvlərini diskriminasiyaya uğratmırlar. Hətta keçmiş SSRİ ölkələri olan Rumıniya, Bolqarıstan, Baltikyanı ölkələrdə nəinki keçmiş parlament üzvlərinə, hətta SSRİ parlamentində təmsil olunan deputatlara da ömürlük diplomatik pasport verilir. Məsələ ondadır ki, deputat faktiki olaraq dövlət sirrini daşıyan şəxsdir. Bu şəxs üzərindən diplomatik toxunulmazlığın qaldırılması həmin sirrin təhlükə altında olması deməkdir. Bu mənada təklifi müsbət hesab edirəm. Zəruri və lazımi bir təklifdir”. 

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...