"Azərbaycan Əfqanıstanda humanitar böhranın aradan qaldırılması üçün dəstəyini davam etdirəcək"

Pakistanın paytaxtı İslamabadda Əfqanıstanda humanitar vəziyyət mövzusunda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədənkənar iclasında Əfqanıstandakı vəziyyət, onun regional və qlobal təhlükəsizliyə təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclas zamanı iştirakçı ölkələr tərəfindən ölkədəki böhranın, ilk növbədə ciddi humanitar fəsadlar törətdiyi və bu fəsadların aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

İclasın yekununda Əfqanıstanda humanitar vəziyyətin sabitləşməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq praktiki addımları özündə əks etdirən yekun qətnamə qəbul edilib.

Qətnamədə İslam İnkişaf Bankının himayəsi altında Humanitar Etimad Fondunun yaradılması, habelə Əfqanıstan Ərzaq Təhlükəsizliyi Proqramının təsis edilməsi qərara alınıb.

İƏT-in Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətində səylərinin daha effektiv əlaqələndirilməsi məqsədilə Təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edilib, habelə İƏT-in Əfqanıstandakı missiyasının iqtisadi və insan resursları baxımından gücləndirilməsi qərara alınıb. İƏT Baş katibinin Humanitar, Mədəni və Ailə məsələləri üzrə müavini cənab Tarıq Əli Baxet İƏT-in Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

İƏT-in 57 üzv-dövləti adından qəbul edilən yekun qətnamədə Əfqanıstandan əhalinin təxliyəsi ilə bağlı və bu xüsusda mühüm rol oynayan ölkələrə dair ayrıca bənd öz əksini tapıb. Vurğulamaq istərdik ki, sözügedən dövlətlər arasında Azərbaycan Respublikasının Əfqanıstandan mülki əhalinin təxliyəsi prosesində oynadığı mühüm rol təqdir edilib.

Azərbaycan Respublikası İƏT-in məsuliyyətli üzvü kimi və islam həmrəyliyinə sarsılmaz sadiqliyindən irəli gələrək, Əfqanıstanda humanitar böhranın nəticələrinin beynəlxalq birliyin, o cümlədən İƏT üzv-dövlətlərinin birgə addımları nəticəsində aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə atılan addımlara töhfə verməkdə davam edəcək.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...