Bu müəllimlər “Tərəqqi” medalı ilə təltif edildi - SƏRƏNCAM

14:15 / 20.12.2021
695
Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiyanın Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri "Tərəqqi” medalı ilə təltif edilib:
Auslender Raisa Markovna
Boqdyuk Larisa Anatolyevna
Maxmutova Yelena Borisovna
Melyuçenkova Anna Vyaçeslavovna.