“Rusiya Qarabağda yaratdığı qondarma "rus icması"na pasport paylayacaq” – Təhlükəli ssenari ilə bağlı açıqlama

“Rusiya Qarabağda yaratdığı qondarma
"Rusiya  hərbi karvanı  Laçın dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə "humanitar" yardım gətirib. O, bu yardımları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə, həmin yardımların ərzaq deyil, silah və sursatlardan ibarət olduğu sonradan məlum olur”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
 
Politoloqun sözlərinə görə, nə qədər ki, Laçın dəhlizində nəzarətimiz yoxdur, Rusiya silahlı erməni birləşmələrinin əli ilə Azərbaycan üçün başağrı yaradacaq:
 
"Artıq Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib. Prezident İlham Əliyevin Brüsseldə "Laçın dəhlizində post qoyulmalıdır”  mesajı  təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi.  Bu həm də Rusiyanın Qarabağda erməni separtçılarının silahlandırılmasının qarşısını almaqdır.  Digər tərəfdən Rusiya bir müddətdən sonra Qarabağda yaratdığı qondarma "rus icmasına" pasport paylayacaq və bu da Azərbaycan üçün ciddi problemə çevrilə bilər”.

M.Əsədullazadə qeyd edib ki, Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısını almaq üçün gələn ildən Laçın dəhlizində post qoymalıdır:
 
"Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Amma bu ölkə hazırkı silahlı erməni birləşmələrindən Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün istifadə edəcək. Ona görə də Azərbaycan Rusiyanın reaksiyalarına rəğmən, Laçın dəhlizində postun qoyulması istiqamətində addım atmalı ya da silahlı erməni birləşmələrinin çıxarılması ilə əlaqəli Moskva qarşısında tələb qoymalıdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...