"Ona çox böyük hörmətim var, amma..." - Razi Nurullayev həmkarını QINADI

"Fəzail Ağamalının ritorikası xoşuma gəlmədi. Ona çox böyük hörmətim var, amma biz demokratik ölkədə yaşayırıq və fikir müxtəlifliyi ola bilər".
 
Sfera.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev həmkarının onun qanun layihəsinə etirazı ilə bağlı münasibətinə cavab olaraq bildirib.
 
"Prezident biz bu layihələri müzakirə edək deyə Milli Məclisə  göndərir,  bütün sənədlər müzakirəsiz qəbul edilə bilməz. Fəzail Ağamalı sanki bunu demək istəyir. Məsələlərə daha dözümlü yanaşmaq lazımdır. Mənə irad tuta bilərsiniz, lakin bunu deməyin tonu var. Millət vəkilləri bir-birinə nəyi necə danışmağın lazım olduğunu demək ritorikasından əl çəksələr, yaxşı olar. Hesab edirəm ki, hər bir deputat hər bir komitənin məsələsinə münasibət bildirə bilər. Əgər hansısa məsələdən başım çıxmasa, komitə rəhbərliyinə müraciət edib, aydınlıq gətirilməsini xahiş edə bilərəm. Bütün bunlara rəğmən fərqli fikirlərə hörmətlə yanaşmaq lazımdır".
 
Qeyd edək ki, deputat Razi Nurullayev Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə etiraz edib, millət vəkili Fəzail Ağamalı isə etirazı düzgün hesab etməyib.

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...