İran xarici işlər naziri Azərbaycana gəlir

Siyasət
12:20 / 20.12.2021
581
Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.
Sfera.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.
S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:
"İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, - deyə o bildirib.