Ceyhun Bayramov Pakistanın XİN başçısı ilə görüşdü

Ceyhun Bayramov Pakistanın XİN başçısı ilə görüşdü
Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazir Məhdum Şah mahmud Qureşi Azərbaycan nümayəndə heyətini salamlayıb. Pakistan-Azərbaycan əlaqələrini iki dost və qardaş ölkə arasında münasibətlər kimi xarakterizə edən Pakistan naziri, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Həmçinin ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişə ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Pakistanın verdiyi birmənalı siyasi-mənəvi dəstəyi vurğulayıb və bunun Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib. Nazir ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafı ilə yanaşı, üçtərəfli formatda davam edən əməkdaşlığa istinad edib, o cümlədən cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünü, həmçinin üç ölkənin Parlamentlərinin spikerlərinin görüşünü qeyd edib.

Bu il ərzində iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi, habelə iki dövlətin prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşünün keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərindən danışan nazir Ceyhun Bayramov, bu ərazilərin minadan təmizlənməsi prosesində Pakistanın təcrübəsindən istifadə edildiyini və bu xüsusda dost ölkənin Azərbaycana dəstəyini minnətdarlıqla ifadə edib.

Nazirlər, həmçinin Əfqanıstandakı humanitar vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...