“Brüssel görüşünə böyük ümidlərlə gedən Paşinyan növbəti dəfə pərt oldu” - Deputat

“Brüssel görüşünə böyük ümidlərlə gedən Paşinyan növbəti dəfə pərt oldu” - Deputat
"Ermənistan görüşə "ciddi hazırlıqla” getmişdi. Görüşdən əvvəl cəbhə xəttində davamlı təxribat törədərək Azərbaycana qarşı ittihamlar səsləndirməyi, davamlı atəşkəsi pozmaqda ittiham etməyi planlaşdırırdı”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Brüssel görüşündən danışarkən deyib. O, Paşinyanın arzusunun bu dəfə də ürəyində qaldığını vurğulayıb:

"Brüssel görüşünə böyük ümidlərlə gedən Paşinyan növbəti dəfə pərt oldu. Onun görüşdəki üz cizgilərindən də bu açıq müşahidə olunurdu.  Görüş konstruktiv mühitdə keçdi, bir sıra mühüm məsələlər müzakirə olundu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi. Azərbaycan uzun müddətdir mina məsələsini gündəlikdə saxlamağa çalışırdı və bu görüşdə həmin məqsədinə nail oldu. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Beləliklə, Ermənistan tezliklə dəmir yolunun çəkilişinə start verəcək”.

Millət vəkili, həmçinin xatırladıb ki, görüşdə gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması, avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi barədə də razılıq əldə edilib:

"İkitərəfli görüşdən əvvəl Prezident İlham Əliyevin növbəti diplomatik gedişat edərək "Zəngəzur dəhlizində də heç bir gömrük post olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik. Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da heç olmamalıdır” bəyanatını verməsi Ermənistan tərəfində soyuq duş effekti yaratdı. Dünəndən etibarən Ermənistanın bütün saytlarında, sosial şəbəkələrdə bu məsələ ətrafında geniş müzakirələr aparılır, ciddi narahatlıqlar ifadə olunur.  

Beləliklə, Azərbaycan növbəti dəfə Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində beynəlxalq müstəvidə Ermənistan üzərində diplomatik qələbəsini təmin etdi. Ermənistan anlamalıdır ki, onun Azərbaycanla əməkdaşlıqdan və yekun sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Artıq bütün dünya Ermənistandan üz çevirib. Əgər Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmasa, ölkə daha ağır duruma düşəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...