“Ermənistanla qalıcı bir münasibətin qurulacağını düşünmürəm” – Türkiyəli millət vəkili

12:12 / 15.12.2021
825
Xəbər
verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu
Ermənistanla münasibətlərin normallaşması üçün
addımlar atılacağını və bu istiqamətdə müəyyən işlərin
görüləcəyini bəyan edib.
Nazir
Ermənistanın Azərbaycana qarşı iddialarından əl çəkəcəyi təqdirdə münasibətlərin
qaydaya düşə biləcəyini deyib.
Maraqlıdır,
Ermənistan və Türkiyə, eləcə də Azərbaycan-Ermənistan arasında qalıcı sülh real
görünürmü?
Məsələ
ilə bağlı Sfera.az-a açıqlama verən Türkiyə Böyük Millət Məclisinin CHP-dən
olan deputatı Atilla Sertel diplomatik münasibətlərin dövlətlərarası dostluğa
çevriləcəyinə şübhə ilə yanaşdığını deyib:
Deputat
qalıcı sülhün olmayacağını da sözlərinə əlavə edib: "Mən
insanlar arasında dostluq olmasından yanayam, amma diplomatik münasibətlər
insanlar arasındakı dostluqdan ibarət deyil, dövlətlər arasındakı münasibətlərdən
ibarətdir. Bu baxımdan Ermənistanla qalıcı bir münasibətin qurulacağını düşünmürəm.
Hazırda Türkiyə hökumətinin başı iqtisadi məsələlərə qarışıb, siyasi münasibətlər
arxa plana düşüb".
Əzizə
Zeynal