Laçında bu obyektlər su ilə təchiz edilib

Laçında bu obyektlər su ilə təchiz edilib
Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.

Qurumdan Sfera.az-a verilən məlumata görə, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının məlumatına görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından "Azərsu”yun mütəxəssisləri mənbələrə baxış keçirib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsini qərara alıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

"Azərsu” Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...