AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb
Şamaxı Rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən rəsədxananın ərazisində yerləşən "Kainat” restoran-hotelin administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-hotelin kotteclərindən birini fahişəliklə məşğul edilməsi üçün bir gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektdə əməliyyat keçiriblər və ikimərtəbəli kottecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediblər. (Publika)

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Hacı Nuran AÇIQLADI: Onunla şəkil çəkdirməyin mistikası nədir? - VİDEO

Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran olub.   Xərçəng xə...

"iPhone" həvəskarlarına ÜZÜCÜ XƏBƏR: Bu modelin istehsalı dayandırıldı

"Apple"in çinli tərəfdaşları bölgədəki koronavirus məhdudiyyətlərinə görə "iPhone 14" istehsal cədvəlindən geri qalırlar.    ...

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.   Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov...

İşsiz olan şəxslərə MÜHÜM XƏBƏR - İşaxtaranların təxminən 80 faizi... VİDEO

"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev  belə d...

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu ...

Bakı Kiyevə neçə milyonluq yardım edib? - XİN

Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyan...