18 ölkənin nümayəndəsi Həcc və Ümrəni ziyarət edə bilməyəcək - QADAĞA

18 ölkənin nümayəndəsi Həcc və Ümrəni ziyarət edə bilməyəcək - QADAĞA
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi də Kəbəni ziyarət etmək istəyənlər üçün məhdudiyyətləri yeniləyib.
 
Sfera.az xəbər verir ki, nazirlik Səudiyyə Ərəbistanı tərəfindən tanınan peyvəndlərlə vaksin olunanların karantinə alınmayacağını, Səudiyyə Ərəbistanı tərəfindən təsdiqlənməmiş, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tanınan peyvəndlənənlərin isə 3 gün karantində qalacağını bildirib.
 
Zəvvarlar 3 günlük karantini başa vuranlardan sonda onlardan mənfi PCR testi tələb olunacaq.

Səudiyyə Ərəbistanı 2 doza "Pfizer”, "BioNTech”, "Comirnaty”, "Oxford”, "AstraZeneca”, "Covishield”, "SK Bioscience”, "Vaxzevria”, "Moderna”, "Spikevax” və 1 doza "Johnson & Johnson”  vaksinlərini qəbul etdiyini açıqlayıb. Dövlət nümayəndələri 18 fərqli ölkədən gələn ziyarətçiləri "Ommicron” ştammı səbəbi ilə vaksin olsa belə qəbul etməyəcəyini deyib.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR