Sami Yusif: “Türkiyənin güclü ölkə olmasını istəmirlər”- VİDEO

Sami Yusif: “Türkiyənin güclü ölkə olmasını istəmirlər”- VİDEO

Azərbaycan əsilli, britaniyalı müğənni Sami Yusifin dünən Türkiyədə "Barakah” adlı albomunun mətbuat konfransı keçirilib.

 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əsilli müğənni keçirdiyi mətbuat konfransında bəzi insanların Türkiyənin güclü, inkişaf etmiş bir ölkə olmaması üçün məşğul olduğunu deyib. Alanyada konsert verməyə hazırlaşan sənətçi Türkiyədəki terror hadisələri haqqında fikirlərini belə ifadə edib: "Türkiyə çox inkişaf etmiş bir ölkədir. Bəzi insanlar Türkiyənin güclü, inkişaf etmiş bir ölkə olmasını istəmir. Sui-qəsd nəzəriyyəçisi deyiləm, onların kim olduqlarını da bilmirəm, amma bu istiqamətdə iş gedir, belə bir reallıq var. Lakin Allah hər şeydən, hər kəsdən böyükdür”.

 

"Mənim pulum, malım, mülküm var, buraya yalnız albom satmaq üçün deyil, eyni zamanda mühüm bir mesaj vermək üçün gəlmişəm. Ümid edirəm ki, bu albom varisləri olduğumuz ənənələrin, dəyələrin  və mədəniyyətin bir zikri, bir xatırlatması olar.  Və dua edirəm ki, keçmişdə nələrin baş verməsindən asılı olmayaraq, ona qulaq asanlar bu müqəddəs musiqidə bir rahatlıq və dinclik taparlar" , - deyə müğənni bildirib.

 

Sami Yusif Fransadakı terror aktı barədə də fikirlərini bölüşüb: O, Pakistanda, Türkiyədə və dünyanın bir çox yerində baş verən terror aktlarının onu çox kədərləndirdiyini deyib: "Günahsızların həyatına son qoyan terror hadisələrinin sona çatmasını arzulayırm”.

 


 


 

 




OXŞAR XƏBƏRLƏR

Almaniya bu şəxsləri 2500 avro cərimə edəcək

Almaniyada məişət tullantılarının düzgün təsnif edilməməsi problemi ilə mübarizə məqsədilə hökumət yeni qanun dəyişikliyini təsdiqləyib.    Sfer...

Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşk...

Kommunal xidmətlərlə bağlı YENİLİK - Mayın 1-dən qüvəyə minir

Mayın 1-dən komunal xidmətlər üzrə vahid abunəçi kodu mexanizmi yaradılır. Bu o deməkdir ki, komunal xidmətlər artıq rəqəmsal formada idarə olunacaq. Artıq komu...

Amerikada bu tip görüntüləri paylaşanlar həbs ediləcək

ABŞ Nümayəndələr Palatası şəxsin razılığı olmadan süni intellekt vasitəsilə yaradılan cinsi məzmunlu saxta “deepfake” görüntülərin internetdə paylaş...

ABŞ-də quş qripi yayılır - Hökumət hərəkətə keçdi

ABŞ-də H5N1 quş qripi virusunun yayılması ciddi narahatlığa səbəb olub.   Sfera.az “Dailymail” nəşrinə istinadən xəbər verir ki, ABŞ K...

Tramp gəldiyi gündən 121 min məmuru işdən çıxarıb

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövrünün ilk üç ayında 121 min dövlət qulluqçusu işdən azad edilib.   Sfera.az  xəbər ver...