İki doza vaksin alanların artıq immuniteti zəifləyib - İnfeksionist

İki doza vaksin alanların artıq immuniteti zəifləyib - İnfeksionist
Azərbaycanda digər ölkələrə nəzərən epidemik vəziyyət daha qənaətbəxş olsa da, hazırda koronavirusa yoluxma sayı 2000-i ötür və azalma dinamikasına bir müddətdir ki, keçə bilmirik.
 

Sfera.az-ın xəbərinə görə, bunu açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib. Onun sözlərinə görə, bu, epidemiyaya qarşı mübarizəni artırmağı, xüsusilə buster dozalara əhəmiyyət verilməsini zəruri edir: "Azərbaycanda ən geniş istifadə olunan vaksin "Coronavac"dır, bu vaksinin də effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu artıq elmə məlumdur. Bununla birlikdə 2 doza vaksin almış böyük bir əhali qrupu artıq 6 ayı geridə qoyub və orqanizmlərindəki spesifik immunitet zəifləyib və ya itib. Bu səbəbdəndir ki, vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq. Buradan belə nəticəyə gəlmək olar ki, vaksinasiyanın növbəti mərhələsində mRNT vaksinlərinə üstünlük verilməsinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir. Uşaqlar və digər vaksinasiyadan kənarda qalmış şəxslər üçün isə ənənəvi olaraq ara məsafəsi, qapalı məkanlarda maskadan istifadə və gigiyenik qaydalara riayət etmək ən effektiv mübarizə üsuludur".

Qeyd edək ki, hazırda dünyada, həmçinin region ölkələrində COVİD-19 virusuna yoluxmalarda kəskin artım müşahidə olunur. Buna mövsümlə əlaqədar havaların soyuması səbəbindən insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi ilə yanaşı, COVİD -19 virusunun yeni mutasiyası, "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olan "AY.4.2"-nin yayılması da öz təsirini göstərir. Yoluxmalar artsa da bir çox ölkələlə müqayisədə Azərbaycanda vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda ölkəmiz dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-ci sıradadır. Lakin yoluxmaların artması daha intensiv vaksinasiyanı və 3 cü dozanın tətbiqinin sürətləndirilməsini zəruri edir.
 
(Trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Lavrovun son çıxışının nəticələri: “ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində İsrail dövləti və yəhudi millətinə qarşı qəbuledi...

Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəc...

Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.   Sfera.az “RİA Novosti”yə istinadən xəbər veri...

Bu il ən böyük bahalaşma hansı rayondadır?

Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qey...

Müavinətlər və sosial yardımların ödənilmə vaxtı AÇIQLANDI

Respublika üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilmə vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, bu b...

ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT-ə s...