Bəstəkar Ülviyyə Bəbirlidən 2 maraqlı layihə - VİDEO

Bəstəkar Ülviyyə Bəbirlidən 2 maraqlı layihə - VİDEO
Hər zaman fərqli layihələri ilə çıxış edən bəstəkar, instrumentalçı Ülviyyə Bəbirli klassik musiqiyə həsr olunmuş klipləri tamaşaçıların diqqətindədir.

Sfera.az xəbər verir ki, bəstəkar xanım özü üzərində işləyərək yeniliklərə imza atır. Onun alman bəstəkarı Lüdviq Van Bethovenin "Aylı Sonata" əsərinə çəkdirdiyi klip maraqla qarşılandı. Sənətçi klipdə ayın özünü əks etdirməyə çalışıb.

O açıqlamalarının birində qeyd edib ki, davamlı olaraq klassik musiqiyə yeni nəfəs vermək hal-hazırda onun məqsədidir:
 
"Ona görə dünya klassiklərinə müraciət edirəm".

Ülviyyə Bəbirlinin digər bəstəsi olan "Bənövşə" klasik musiqi sevənlər tərəfindən həvəslə dinlənilib.
 
Ən əsası çəkdirdiyi kliplərdə fərqli məkanlara üstünlük verməyi tamaşaçılarda maraq yaradır. 


OXŞAR XƏBƏRLƏR