“Qarşılıqlı güzəştlər olmalıdır” – Keçmiş XİN rəhbəri Ermənistanın hava məkanımızdan istifadəsi haqda

“Qarşılıqlı güzəştlər olmalıdır” – Keçmiş XİN rəhbəri Ermənistanın hava məkanımızdan istifadəsi haqda
Xəbər verdiyimiz kimi, ötən gündən "Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Aydın məsələdir ki, bununla həm də Ermənistana məxsus təyyarələr Azərbaycan hava məkanından istifadə edə biləcək.
 
Maraqlıdır, indiki halda Ermənistan təyyarələrinin Azərbaycan hava məkanından istifadə etməsi ölkəmiz üçün təhlükə yarada bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan təyarələrinin Azərbaycan hava məkanından istifadə etməsinin normal bir hal olduğunu deyib:

"Burada qeyri-adi heç nə yoxdur. Əgər biz istəyiriksə regionda sülh olsun, Ermənistanla münaqişə bitsin, qarşılıqlı şəkildə güzəştlərə nail olmalıyıq. Təbii ki, bəzi məsələlər var ki, onlarda güzəştə gedə bilmərik. Lakin büsbütün maksimalist olmaq da doğru deyil.
 
Düşünürəm, bu bizim ictimaiyyətdə də müsbət qarşılanacaq. Əlbəttə, təhlükəsizlik baxımından bəzi insanların narahat olması normaldır. Lakin bu məsələlərin də artıq həll edildiyini düşünürəm. Məsələ ondadır ki, Ermənistan və Azərbaycanın qarşılıqlı hava məkanından istifadə etməsi təcrübəsi əvvələr olub. Atəşkəs dövründə də bənzər şəkildə uçuşlar gerçəkləşib. Yəni belə bir təcrübə var. Narahatlığa əsas görmürəm".

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. &...

“Baydenin yenidən prezident seçilməsi fəlakət olar” - Senator Lindsi Qrem

“Baydenin yenidən prezident seçilməsi bütün dünya üçün fəlakət olar”.   Sfera.az bildirir ki, bunu amerikalı senator Lindsi Qrem deyib. O...

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bə...

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...