Bu restoranda yemək yeyərkən diqqətli olun! – FOTOFAKT

Bu restoranda yemək yeyərkən diqqətli olun! – FOTOFAKT

Vergilər Nazirliyi təsdiqləyir ki, "Ləziz House”da verilən qəbzin heç bir hüquqi etibarlılığı yoxdur

İyunun 21-də Qafqaznews.az-da "Müştərini narazı salan "Namlı Kebap” restoranı həm də vergidən yayınır?” başlıqlı yazı dərc olunmuşdu. "Qafqaznews.az-a müraciət edən Bakı sakini İntiqam Həsənov bildirmişdi ki, iyunun 19-da dostları ilə birlikdə "Sahil” metrostansiyası yaxınlığında yerləşən "Namlı Kebap” Restoranında iftar yeyiblər. Onun sözlərinə görə, restorandan ona 92 manatlıq hesab veriblər, üstəlik də təqdim olunan çekdə VÖEN yazılmayıb. Biz bu istiqamətdə araşdırma aparmış, həm "Namlı Kebap”ın, Vergilər Nazirliyinin və ekspertlərin möqeyini dərc etmişdik. Bu yazıdan sonra Qafqaz Xəbər Agentliyinə Venera Yusif qızı Əsgərova adlı şəxs zəng edərək, restoranın qeyri-rəsmi sahibi olduğunu bildirmişdi. Qeyd edək ki, V.Əsgərova həm də "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyinin sədridir və vaxtilə Qazaxdan öz təşəbbüsü ilə parlament seçkilərinə namizəd olub (qafqaznews.az). Bu günlərdə Bakıdakı restoranlardan birində daha bir oxşar hadisə baş verib. İyulun 4-də Şahsuvar Şahsuvarov adlı vətəndaş redaksiyamıza müraciət edərək, dostları ilə birlikdə ötən gün Yeni Yasamal, Ə.Əhmədov küçəsində yerləşən "Ləziz House” adlı restoranda iftar yeməyi yediklərini bildirdi. Onun sözlərinə görə, ofisiantdan hesabı soruşduqda, onlara 32 manat hesab deyilib, lakin çek təqdim olunmayıb. Lakin Ş.Şahsuvarov çıxarkən kassirə yaxınlaşıb çek istəyib, əvəzində ona VÖEN qeydiyyatı olmayan qaimə verilib. Vətəndaş sual verir ki, belə bir kağız parçasını "çek” adlandıraraq istehlakçılara vermək nə dərəcədə qanunidir? Eyni zamanda, Şahsuvar Şahsuvarov bizdən dəqiqləşdirməyi xahiş edib, əgər bu və ya digər restoranda qəbul etdiyi qidaya görə zəhərlənmə halı baş versə, ona verilən bu qəbz hər hansı qanuni əhəmiyyət daşıyan və sübut xarakterli bir fakt hesab oluna bilərmi?

Legion.az saytı olaraq, ilk növbədə "Ləziz House”a zəng elədik. Telefona cavab verən, özünü kassir kimi təqdim edən Tural adlı şəxs bildirdi ki, onlar vergidən yayınmırlar: "Bizim kassa aparatımız var, vergidən yayınmırıq. Vətəndaşlara əlavə olaraq kiçik çek də veririk, sizin dediyiniz yeməklərin adları olan qəbzdir. Çox vaxt çek götürmürlər, özümüzə qaytarırlar”.1/file/articles/2016/07/02/311947.jpg 367w" sizes="(max-width: 195px) 100vw, 195px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />

Kassirin sözlərinə görə, qəbzin üstündə adı Sənan kimi yazılan şəxs "Ləziz House”un müdiridir. "Bəs niyə çeklə qəbzi bir-birinə tikmirsiniz?” sualını isə restoran işçisi cavabsız qoydu. Bizdə başqa bir sual da yarandı. Əgər məsələyə tam neytral yanaşsaq: Müştəri deyəcək ki, mənə çek vermirlər… Kassir isə çek vermək istədiyini, amma müştərinin imtina etdiyini bildirəcək. Belə olduğu halda, kimin haqlı olduğunu öyrənmək də asan olmayacaq. Ona görə də, çeklə qəbzi (və ya qaiməni) bir-birinə tikmək və hər müştəriyə də bu iki kağız parçasını elə tikilmiş vəziyyətdə təqdim etmək ən münasib variant olmazdımı? Legion.azolaraq, Vergilər Nazirliyinin "Qaynar Xətt”inə zəng etdik. "Qaynar Xətt”in operatoru Bəhruz Nağıyevin sözlərinə görə, Vergilər Məcəlləsi 50.8-ci maddəsinə görə, müştərilərə verilən çekdə VÖEN və vergi ödəyicisinin lazımlı digər məlumatları olmalıdır: "Əks təqdirdə, verilən qəbz etibarsızdır və heç bir qanuni qüvvə daşımır. Eyni zamanda, bu, vergidən yayınma faktıdır. Xidmət göstərən şəxslər müştərilərə mütləq çeki də verməlidirlər, müştərinin çeki götürüb götürməmək öz işidir”. "Zəhərlənəcəyimiz və ya başqa bir məsələ olacağı halda, VÖEN olmayan adi qəbzdən dəlil kimi istifadə edə bilərikmi?” – deyə soruşduq. "VÖEN olmayan qəbzin heç bir hüquqi etibarlılığı yoxdur”, – deyə Vergilər Nazirliyinin əməkdaşı cavab verdi.

скачанные файлы (1)Həmçinin, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da hesab edir ki, VÖEN qeyd olunmayan çeklərin vətəndaşlara təqdim olunması qanun pozuntusudur. Onun sözlərinə görə, VN-də qeyd olunmayan başqa aparatdan çek çap etməklə, müştərini aldadır və vergidən yayınırlar.

"Onlar ölkə rəhbərliyinin yaratdığı şəraitdən sui-istifadə edir və istehlakçıları narazı salmaqdan əlavə, həm də öz gскачанные файлыəlirlərini dövlətdən gizlətməyə çalışırlar”, – deyə E.Hüseynov qeyd etdi. Hüquqşünas Mehman Muradlının sözlərinə görə, bir çox restoranlarda belə hallarla üzləşib.

"Nəzarət-Kassa Aparatından verilən çeklə yeməklərin siyahısı olan qaimənin ikisi də bir arada tikilməli və müştəriyə təqdim olunmalıdır. "Müştəri istəmədi, biz də vermədik” kimi bəhanələr məsuliyyətdən yayındırmır. Bu, vergidən yayınma halıdır. Zəhərlənmə və digər xoşagəlməz hallar baş verdikdə, bunu sübut etməyin başqa yolları da var. Lakin qanunla, iaşə obyektləri müştərilərə çek təqdim etməlidir və bu çekdə də VÖEN olmalıdır”, – deyə hüquqşünas bildirdi.

1/file/articles/2016/07/02/311944.jpg 195w" sizes="(max-width: 367px) 100vw, 367px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />


OXŞAR XƏBƏRLƏR

Daim tüklərinin rəngi dəyişən nadir pişiklər doğuldu - FOTOLAR

Şotlandiyada qeyri-adi unikal pişiklər nadir bir xəstəliklə doğulublar. Qeyd edək ki, bu xəstəlik nəticəsində pişiklərin tükləri daim rəngini dəyişir. Balalar a...

İdmançılarımız Vətənə döndülər - FOTO

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.   Sfera.az AZƏRTAC-a ...

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...