Restoran sahibi olan müəllimə jurnalistdən “hesab” soruşmağa gəldi – QALMAQAL

Restoran sahibi olan müəllimə jurnalistdən “hesab” soruşmağa gəldi – QALMAQAL

İyunun 23-də Legion.az-da ""Namlı Kebap” restoranının sahibi Texniki Universitetin müəllimi çıxdı”başlıqlı yazı dərc olunmuşdu.

Buna qədər isə iyunun 21-də Qafqaznews.az-da "Müştərini narazı salan "Namlı Kebap” restoranı həm də vergidən yayınır?” başlıqlı yazı dərc olunmuşdu.
Yazıda bildirilirdi: "Qafqaznews.az-a müraciət edən Bakı sakini İntiqam Həsənov bildirdi ki, 2 gün əvvəl "Sahil” metrostansiyası yaxınlığında dostları ilə adətən iftar etdiyi "Dafne” restoranına gedərkən, "Namlı Kebap”adlı restoranın içindən azan eşidiblər. "Biz qərara gəldik ki, elə burda oturaq. Soruşduq iftar menyunuz varmı, dedilər yox, amma münasib yeməklər təklif edə bilərik. Biz üç nəfər idik, lakin bir nəfər iftar tutmurdu, o sadəcə 5 manatlıq mərci şorbası içdi. İki nəfər üçün bir az salat, "Sirab” suları və iki pors da quzu soyutması gətirdilər. Hesab istəyəndə bizdən 92 manat 50 qəpik tələb olundu. Mən heyrətləndim. Digər tərəfdən, verdikləri çekdə VÖEN qeyd olunmayıb”.– deyə İ.Həsənov bildirdi.

Vergilər Nazirliyinin əməkdaşı Murad İbrahimovQafqaznews.az-a bildirdi ki, Vergilər Məcəlləsinin 50-ci maddəsinə görə, kassa-nəzarət aparatından verilən çeklərdə VÖEN qeyd olunur: "Əgər hansısa müəssisədə vətəndaşlara verilən çekdə VÖEN nömrəsi yoxdursa, bu, qanun pozuntusudur. Belə qanun pozuntusuna yol verənlərə qarşı VM-in 57-ci maddəsi əsasında sanksiya tətbiq olunur”.

Həmçinin, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da vurğuladı ki, VÖEN qeyd olunmayan çek vermək kobud şəkildə qanunu pozmaq deməkdir. Onun sözlərinə görə, VN-də qeyd olunmayan başqa aparatdan çek çap etməklə, müştərini aldadır və vergidənyayınırlar (Qafqaznews.az)”.

Bu yazıdan sonra Qafqaz Xəbər Agentliyinə zəng edən Venera Yusif qızı Əsgərova adlı şəxs bildirdi ki, restoranın sahibi odur: "Oranı icarəyə götürmüşəm. Mən dövlət işində işləyirəm, Texniki Universitetdə müəlliməyəm. "Sənaye iqtisadiyyatı və menecment” kafedrasında hüquqdan dərs deyirəm”.

Lakin sonradan Venera Əsgərova təkidlə bildirdi ki, "Namlı Kebap”ın rəsmi olaraq sahibi kimi Kamal Özerolun adını yazaq, çünki öz adı həmin şirkətdə hüquqşunas kimi gedir. Eyni zamanda, Venera Əsgərova bizi qeyri-obyektiv olmaqda ittiham etdi: "Müştərilərə hesab veriləndə kiçik ölçüdə, VÖEN qeyd olunan çek verilir və yanında əlavə yediyi yeməklərin siyahısı təqdim olunur. Həmin çeklə qəbz bir-birinə tikilib verilir. Sizin yayımladığınız çek deyil".

İyunun 24-də Venera Əsgərova Qafqaz Xəbər Agentliyinə baş çəkərək, məqalələrin müəllifi ilə görüşməyi tələb etdi."Müəllifin mən olduğumu biləndə isə, təhqirlərə və "qeyri-obyektiv yazmağıma” dair ittihamlara başladı. Mən sadəcə onun sözlərini düzgün dərc etdiyimizi dedim, o isə məni qərəzdə ittiham etməyə davam edirdi. Hər hansı təxribatdan ehtiyatlanaraq, redaksiyanın ofisini tərk etdim.

Ondan sonra Venera Əsgərova agentliyin rəhbərliyindən tələb etdi ki, "Namlı Kebap” barədə yazılar saytdan yığışdırılsın”, – deyə Qafqaz Xəbər Agentliyinin əməkdaşı Rüfət Əhmədzadə bildirib.

"Əgər ali məktəb müəllimi repetitorluqla məşğul olursa, bu onun peşəsinin davamıdır”, – deyə deputat Araz Əlizadə Kavkaznews.az  saytına bildirib.Lakin deputatın fikrincə, əgər müəllim restoran işlədirsə, o zaman həmin müəllimə təklif etmək lazımdır ki, kommersiya ilə pedaqogika arasında seçim etsin.







OXŞAR XƏBƏRLƏR

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparm...

Lavrov Türkmənistana gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkmənistana səfər edib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   XİN rəh...

Öz-özünə polkovnik rütbəsi veribmiş -Eks-rəisə 10 il həbs!

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizli...

İrandan sonra İsrail də itkilərini elan etdi

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri D...