Saakaşvilinin dönüşü: Mişa niyə öz ayağı ilə həbsə girdi? – Müsahibə
11:38 / 02.10.2021
2920
Siyasi şərhçi
Asif Nərimanlının Sfera.az-a müsahibəsi.
- Asif bəy,
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səkkiz ildən sonra ölkəsinə
qayıtdı və həbs edildi. O, qayıdacağı təqdirdə həbs ediləcəyini yaxşı bilirdi. Saakaşvili
bunu bilməsinə rəğmən öz ayağı ilə niyə həbsə girdi?
Hakim partiya
"Mişel planı”nı imzaladı, lakin sonrakı dövrdə ictimai rəy sorğularından çıxan
nəticə 42 faizlik baryeri aşa bilməyəcəklərini göstərdi və "Gürcü arzusu”
müxalifətin öz öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, plandan imtina
etdi. Bu, seçkilərlə bağlı vəziyyəti daha da gərginləşdirdi. "Gürcü arzusu” bələdiyyə
seçkilərindən hansı nəticənin çıxmasından asılı olmayaraq, növbədənkənar
parlament seçkilərini keçirməyəcək, lakin gürcü müxalifəti üçün bələdiyyə
seçkiləri həlledici xarakter daşıyır. Hakimiyyət üçün də nəticə etibarilə eyni
dərəcədə əhəmiyyətlidir.
- "Gürcü arzusu”
"Mişel planı”ndan imtina etsə nə baş verəcək?
- Əvvəla onu
deyim ki, Müxalifət bələdiyyə seçkilərində iki hədəfə oynayır: Birincisi, ölkədə
növbəti parlament seçkilərinin vaxtı 2024-cü ildir. bu seçkiyə qədər yerli idarəetmə
orqanlarında daha çox yer tutmaq. İkincisi, "Gürcü
arzusu”nun 42 faiz səs toplamasının qarşısını almaq. Müxalifət ümid edir ki, nəticə
istədikləri kimi olsa, yenidən etirazlara başlamaqla "Mişel planı”nı işə sala
bilərlər.
"Gürcü arzusu”
"Mişel planı”ndan imtina etsə də, 42 faiz nəticə toplamaqla, məsələnin bir daha
gündəmə gəlməsini istəmir. Ümumilikdə situasiya hər iki tərəf üçün kifayət qədər
mürəkkəbdir və bu, seçkilərin "son döyüş” gərginliyində baş tutacağı gözləntisini
artırır.
- Dediklərinizdən
bu nəticəyə gəlmək olar ki, Saakaşvilinin həbs ediləcəyini bildiyi halda geri
qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb...
- Bəli.
Çünki onun həbsi Gürcüstan hakimiyyətinə qarşı Qərbin narazılığını artıracaq. Nəticənin
necə olmasından asılı olmayaraq, həm də müxalifətin küçə mübarizəsinə əsas
yaranacaq. Proseslərin bu
yöndə inkişafı, xüsusilə Qərbin həbsə reaksiyası "Mişel planı”nı yenidən
aktuallaşdıra və "Gürcü arzusu” növbədənkənar parlament seçkilərini keçirməyə məcbur
qala bilər. Hadisələr Tiflisin "qaynar qazana” çevriləcəyi yönündə inkişaf
edir. Hərçənd, "Saakaşvilinin dönüşü təkcə seçkilərlə bağlıdırmı” sualı da açıq
olaraq qalır.
- Asif bəy,
Saakaşvilinin öz ayağı ilə həbsxanaya getməsi məsələnin həm də geosiyasi tərəfinin
olduğu ehtimalını yaradır. Hər halda onu barmaqlıqlar arasından çıxaracaq güc
olmasaydı, o öz ayağı ilə həbsxanaya gəlməzdi. Sizcə, Sakaşvilinin arxasındakı
güc hansıdır?
-
Qaribaşvili-Ərdoğan, Qaribaşvili-Əliyev görüşü fonunda Sakaşvilinin 8 illik
fasilədən sonra geri qayıdışı "rəsmi Tiflis ABŞ-ın qəbul etmədiyi "altılıq
platforması” ilə bağlı danışıqlar aparır?” sualını da aktuallaşır. Gürcüstan ABŞ-ın
altılıq platformasına qarşı bölgədə yeganə tramplin yarada biləcəyi ölkədir.
Eyni zamanda, Rusiya ilə münaqişə də Tiflisi bu prosesdən uzaq dayanmağa vadar
edir. Amma gələcəkdə Türkiyə-Rusiya ikilisi Gürcüstanla bağlı münaqişəni həll
edə bilər.
Söhbətləşdi:
Turan Rzayev