Zirəddin Rzayev telekanalı məhkəməyə verdi
Maraqlı
22:41 / 30.06.2016
4130
Azərbaycanlı ekstrasens Zirəddin Rzayev NTV telekanalını məhkəməyə verib.
O,
telekanaldan 5 milyon rubl tələb edir.
Buna səbəb
kanalın ekstrasensin işgüzar reputasiyasına zərbə vurması olub. Beləki NTV
telekanalı ÇP proqramında şarlatanlar və tele ekstrasenslər mövzusu üzərində
hazırladığı sujetdə Zirrədin Rzayevin görüntülərindən istifadə edib.
Məsələ ilə
bağlı Zirrədin Zrayevlə əlaqə saxladıqda bizə bildiridiki hazırda bununla bağlı
mıəhkəmə işi gedir və onların yayımladığı efir ekspertiza olunub.
"Mənə
deyə bilmirlər ki, sən şarlatansan sən dələduzsan. Bu sözü ifadə edə bilmirlər.
Artıq bu o deməkdirki mən qalib gəldim. Bunlar rəsmən məhkəmə qarşsında mənə dələduz
deyə bilmədilər . Əksinə məni tərifləyir ki, biz onun haqqında heç bir mənfi
fikir söyləməmişik . Ama mən bunlarla axıra qədər gedəcəm. Lazım gələrsə Ali Məhkəməyə
və lazım gələrsə Rusiya Prezidenti cənab Vladimir Putinə qədər mən müraciət
edib, bu işin axırına çıxacam" - deyə ekstrasens bildirib.
Zirrəddin
Rzayevin sözlərinə görə məsələ ilə bağlı növbəti məhkəmə avqust ayında keçiriləcək.
Ekstrasens telekanaldan tələb etdiyi 5 milyon rubl pulu isə uşaqlar evinə verməyi
planlaşdırır.