NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi
NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra Alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.

Sfera.az xəbər verir ki, Stoltenberq Türkiyənin Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bildirib.

O qeyd edib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.

Stoltenberq Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində rol oynadıqlarına görə Türkiyə, ABŞ, Britaniya və Azərbaycana təşəkkürünü bildirib.

"Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsində həyati rol oynadıqlarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə tərəfdaşımız Azərbaycana da minnətdarıq”, - deyə Baş katib qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...