“Rusiya prosesə yalnız mane olur” – Mariya Zaxaravonın açıqlamasına reaksiya

13:18 / 20.08.2021
1191
"Kremlin
məsləhətləri əksinə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin
dondurulmasına gətirib çıxaracaq”.
Bu sözləri
Sfera.az-a açıqlamasında Rusiya XİN sözçüsü Mariya Zaxarovanın ölkəsinin Azərbaycanla
Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə danışıqların
başlanması üçün lazımi məsləhət yardımı göstərməyə hazır olduğu barədə dediyi
fikirlərə münasibət bildirərkən, politoloq Məhəmməd Əsədullazadə deyib:
"Azərbaycan
sərhədlərin delimitasiyası və demarkasiyası prosesində maraqlıdır. Hətta
bununla bağlı Bakı Ermənistanı kənar qüvvələr olmadan ikitərəfli şəkildə
müzakirəyə də səsləyib. Amma görürük ki, İrəvan bu məsələdən də yayınır, Rusiya
və üçüncü ölkələri prosesə qoşmağa çalışır. Bu isə delimitasiya və demarkasiya
prosesinin dayanmasına gətirib çıxaracaq. Rusiya yenə də əvvəlki qaydada belə
açıqlamalar verməkdə davam edir”.
Həmsöhbətimiz
qeyd edib ki, Rusiya dediklərinin əksinə olaraq, İrəvanla Bakı arasında sərhədlərin
delimitasiyası və demarkasiyasını sabotaj etməyə çalışır: "Çünki bu məsələnin
öz həllini tam olaraq tapmasında maraqlı deyil. Ona görə də Kreml bu istiqamətdə
Ermənistana dəstək verərək, prosesin həllinə və yekun sülh üçün tərəflərin
razılığa gəlməsinə imkan vermir”.
ELÇİN