Makron Qarabağla bağlı Putindən nə xahiş edib? – “Onun bu marağı qəribədir...”

12:46 / 20.08.2021
3199
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı
Vladimir Putinlə telefon danışığında Qarabağdakı son durumla bağlı məlumatlandırılmasını
istəyib. Ölkə başçıları Cənubi Qafqazda iqtisadi bə nəqliyyat əlaqələrinin bərpası
mövzusunda da danışıblar.
Maraqlıdır, Fransanın Qarabağa maraq göstərməsi nədən
irəli gəlir?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Müşfiq
Məmmədli tərəflərin yeni infrastruktur layihələrinin icrası
ilə bağlı danışıqlar aparmasının önəmsiz olduğunu bildirib:
"Aparıcı dövlət başçılarının beynəlxalq məsələləri
müzakirə etməsi praktikada görünən hadisədir. Azərbaycan öz ərazisində suveren
hüququnu heç kimlə bölüşmək niyyətində deyil. Bunu prezident İlham Əliyev də dəfələrlə
bildirib. Bu baxımdan digər dövlət başçılarının Azərbaycanda həm nəqliyyat
infrasturktrunun qurulması, həm təhlüksəziklik məsələləri ilə bağlı hansı məsələni
müzakirə etməsinin önəmi yoxdur. Biz 30 il ərazində Minsk qrupu ilə danışıqlar həyata keçirdik, prosesləri səbirlə
izlədik. Lakin təəssüf ki, keçən müddətdə Minsk qrupu ölkələrinin verdiyi təkliflər
reallaşmadı. Azərbaycan ordusu bu səbəblə Minsk qrupunun görməli olduğu işi həyata
keçirdi”.
Deputat bəzi ölkələrin Qarabağla bağlı marağının
başadüşülən olmadığını deyib:
Əzizə Zeynal
Sfera.az