Azərbaycanda DSK-ların yenidən formalaşdırılması prosesinə başlanıldı

Azərbaycanda DSK-ların yenidən formalaşdırılması prosesinə başlanıldı
Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanıb.

Sfera.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçirilir.

İclasın gündəliyinə MSK-nın 13 fevral, 15 fevral, 17 fevral, 18 fevral, 19 fevral, 20 fevral, 21 fevral, 22 fevral, 23 fevral, 24 fevral, 25 fevral 2020-ci il və 27 aprel 2021-ci il tarixli iclas protokollarının təsdiq edilməsi və Respublika üzrə dairə seçki komissiyalarının yenidən formalaşdırılması məsələləri daxildir.

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 dairə seçki dairəsini formalaşdırmalıdır.

MSK sədri bildirib ki, DSK-ları formalaşdırmaq MSK-nın səlahiyyətidir: "Komissiya üzvləri öz namizədlərini irəli sürəndə biz siyasi partiyaların təmsilçilərinin DSK-da üstünlük təşkil etməsini əsas götürürük. Partiyaların rayon şöbələri də öz namizədlərini irəli sürə bilərlər. Biz buna üstünlük veririk. Biz çalışmalıyıq ki, partiyalar yerlərdə də tanınsın, onların yerlərdə də tərəfdarları artsın. Biz artıq bütün dəyərlərimizi inkişaf etmiş ölkələrlə müqayisə edirik. Komissiyalarda da demokratik prinsiplər əsas götürülür. 125 dairədə 3-də bir sayda, yəni hər bir MSK üzvü 375 sayda komissiya üzvü namizədliyi irəli sürə bilər”.

Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...