Ərdoğan açıqladı: İranla sərhəddə beton divarlar hörülür – Bu, nəyin qorxusudur?

Ərdoğan açıqladı: İranla sərhəddə beton divarlar hörülür – Bu, nəyin qorxusudur?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı, Hakkari, İğdır və Van ərazilərinin İranla sərhədinə beton divarlar çəkiləcəyini bildirib. Artıq 157 kilometrlik divarın tamamlandığını vurğulayan Ərdoğan bu tədbirin təkcə Əfqanıstandan başlayacaq böyük köç üçün yox, terrora qarşı da vacib tədbir olduğunu diqqətə çatdırıb.

Maraqlıdır, Türkiyənin bu addımı İranla münasibətlərinə hansısa formada təsir edə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli Türkiyənin bu addımı yerində atdığını bildirib. Ekspert İranın bu səddlərin çəkilməsinə əsas səbəb olduğunu deyib:

"Həmin ərazilər PKK terroçularının, İŞİD-in daim mövcud olduqları ərazilər idi. İran Türkiyənin ərazi bütövlüyünü qəbul etsə də, bunu qəbul etməyənləri himayə edərək, onlara silah verib. Bu baxımdan Türkiyə doğru addım ataraq, PKK terrorçularını sıxışdırıb. Bundan başqa Türkiyə Avropa yolunda cazibəli ölkəyə çevirilb. Bütün narkotacirlər, qaçaqmalçılar, Avropaya köçüb məskən salmaq istəyənlər Türkiyə vasitəsilə Avropaya daxil olurlar. Divarın çəkilməsinin ikinci səbəbi də budur. Türkiyə həm də əfqan qaçqınların ölkəyə gəlməsini, kütləvi axın olmasını istəmir. Türkiyə indi 5 milyon Suriya qaçqınını himayə edir, onlara 8-10 milyard dollar aralığında pul xərcləyir. Bu baxımdan yeni qaçqın axını Türkiyə üçün yaxşı heç nə vəd etmir".
 
Ekspert Türkiyə-İran münasibətlərinin soyuqlaşacağını deyib:

"Beton sədlərin çəkilməsi Türkiyə-İran münasibətlərinə soyuqluq gətirəcək. Münasibətlərin soyumasında isə problemli nəsə yoxdur. Çünki İranla heç cür normal ittifaq qurmaq mümkün deyil. Mollalarla normal münasibət qurmaq olmur. Sərhəd çəkmək də lazımdır, lazım gələndə onların xəyanətini üzlərinə vurmaq da lazımdır. Farsın təbiəti budur, bundan uzağa getmək mümkün deyil".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...