Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdə səfirləri ilə görüşdü

Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdə səfirləri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, Sahibə Qafarova, həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.
 
Görüşlərdə Milli Məclisin sədri Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...