Koreya rəsmisi Azərbaycana gəldi

Koreya rəsmisi Azərbaycana gəldi
Avqustun 18-də Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Sfera.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Koreya nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, ölkəmizin Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Koreya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Qonaqlar Milli Məclisdə olacaq, parlamentin sədri Sahibə Qafarova, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ölkəmizdəki koreyalı iş adamları ilə də görüşəcəklər. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılacaq, parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunacaq.

Səfər zamanı nümayəndə heyətinin üzvləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edəcək, Qobustan Milli Tarix-Bədii Qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi və İçərişəhərlə tanış olacaqlar.

Koreya Milli Assambleyası nümayəndə heyətinin rəsmi səfəri avqustun 20-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...