Üçtərəfli İşçi Qrupunun fəaliyyətini bərpa etməsi nə vəd edir? - Açıqlama

15:44 / 18.08.2021
1059
Xəbər verdiyimiz kimi, Qarabağ üzrə üçtərəfli İşçi
qrup fəaliyytini bərpa edib. Ötən gün keçirilən görüşdə nəqliyyat
kommunikasiyalarının bərpası perspektivləri və üç ölkə liderinin təşəbbüsü ilə
razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunub.
Maraqlıdır, bundan sonra Ermənistan tərəfi lahiyələrin
həyata keçirilməsi üçün razılaşmalara əməl edəcəkmi?
Görüşdən gözləntiləri barədə Sfera.az-a danışan Bakı
Politoloqlar Klubunun sədri Zaur Məmmədli tezliklə Cənubi Qafqazda fərqli mühitin
formalaşa biləcəyini deyib:
"Azərbaycan prezidentinin son bəyanatları
Rusiya və Ermənistana üçtərəfli formatda görüşün keçirilməsi zərurətini xatırlatdı.
Azərbaycan, Ermənistan və Rusiya iqtisadiyyat nazirlərinin müavinlərinin bu gün
baş tutan görüşü də bunun nəticəsidir. Siyasi və iqtisadi məsələlər bir-biri ilə
uzlaşarasa, tezliklə biz Cənubi Qafqazda tamamilə başqa mühitin formalaşmasının
şahidi ola bilərik. Çox təəssüf ki, üçtərəfli bəyanata təminat verən ölkənin və
Ermənistanın apardığı siyasət nəqliyyat kommunikasiya bərpası və Azərbaycan-Ermənistan
arasında nəzərdə tutulan bir çox digər məsələlərin yubadılmasına gətirib çıxarmışdı.
Erməni tərəfi nə qədər tez başa düşsə ki, vəziyyəti həll etmək lazımdır, onda
biz sülhün bərqərar olmasına şahidlik edəcəyik".
Ekspert razılaşmaların bütün kommunikasiya xəttlərini
əhatə etməli olduğunu bildirib:
Əzizə Zeynal
Sfera.az