Üçtərəfli İşçi Qrupunun fəaliyyətini bərpa etməsi nə vəd edir? - Açıqlama

Üçtərəfli İşçi Qrupunun fəaliyyətini bərpa etməsi nə vəd edir? - Açıqlama
Xəbər verdiyimiz kimi, Qarabağ üzrə üçtərəfli İşçi qrup fəaliyytini bərpa edib. Ötən gün keçirilən görüşdə nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və üç ölkə liderinin təşəbbüsü ilə razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunub.

Maraqlıdır, bundan sonra Ermənistan tərəfi lahiyələrin həyata keçirilməsi üçün razılaşmalara əməl edəcəkmi?
 
Görüşdən gözləntiləri barədə Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədli tezliklə Cənubi Qafqazda fərqli mühitin formalaşa biləcəyini deyib:

"Azərbaycan prezidentinin son bəyanatları Rusiya və Ermənistana üçtərəfli formatda görüşün keçirilməsi zərurətini xatırlatdı. Azərbaycan, Ermənistan və Rusiya iqtisadiyyat nazirlərinin müavinlərinin bu gün baş tutan görüşü də bunun nəticəsidir. Siyasi və iqtisadi məsələlər bir-biri ilə uzlaşarasa, tezliklə biz Cənubi Qafqazda tamamilə başqa mühitin formalaşmasının şahidi ola bilərik. Çox təəssüf ki, üçtərəfli bəyanata təminat verən ölkənin və Ermənistanın apardığı siyasət nəqliyyat kommunikasiya bərpası və Azərbaycan-Ermənistan arasında nəzərdə tutulan bir çox digər məsələlərin yubadılmasına gətirib çıxarmışdı. Erməni tərəfi nə qədər tez başa düşsə ki, vəziyyəti həll etmək lazımdır, onda biz sülhün bərqərar olmasına şahidlik edəcəyik".
 
Ekspert razılaşmaların bütün kommunikasiya xəttlərini əhatə etməli olduğunu bildirib:

"Razılaşmalardan söhbət gedirsə, bütün kommunikasiya xəttlərinin eyni anda açılması məsələsi aktuallaşır. Təkcə Qazax istiqamətindən Rusiyaya uzanan dəmiryolu xətti yox, Zəngəzur dəmiryolu və avtomobil yolu layihəsi həyata keçirilməlidir. Bu layihələrin icrası üçün təxribatçı qüvvələrin dinc durmaması vəziyyəti bir qədər sual altında qoyur. Burada Ermənistan hökumətinin siyasi iradəsindən və Rusiyanın Qarabağın dağlıq hissəsi ilə bağlı hansı planlarının olmasından çox şey asılı olacaq. Təbii ki, Azərbaycanın ayrı-ayrı ölkələrin istəklərindən xəbəri var. Hər halda maraqların uzalaşması, təxribatların sona çatması lazımdır. İndi əsas məsələ üçtərəfli bəyanatda yer alan kommunikasiya xəttləri ilə bağlı siyasi iradə ortaya qoymaqdır". 
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...