“Tabe olacaqlarsa, Qarabağda yaşaya biləcəklər” – Partiya sədri

15:16 / 18.08.2021
1192
"Ölkənin istənilən digər ərazilərində idarəetmə
sistemi necədirsə, Xankəndidə də o tətbiq olunacaq”.
Bu sözləri
Sfera.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc
Quliyev deyib:
"Xankəndi
Azərbaycanın yuridiksiyasındadır. Sadəcə olaraq o ərazi hələlik sülhməramlı adı
altında Rusiya hərbçilərinin nəzarətində olduğundan fərqli davranış nümayiş
olunur. Dünyanın üstümüzə gəlməməsi üçün bəzi məsələlərə hələlik lazım olduğu qədər
müdaxilə etmirik. Qarabağın statusu da müəyyənləşib.
Xankəndinin də daxil
olduğu Qarabağ İqtisadi Zonası formalaşıb. İdarəetmə sisteminə gəldikdə, ölkənin
istənilən digər ərazilərində idarəetmə sistemi necədirsə, Xankəndidə də o tətbiq
olunacaq. 1988-ci ilə qədər orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe
olacaqlarsa, bütün hüquqlardan istifadə edəcəklər. Tabe olmayacaqlarsa, burada
yaşaya bilməyəcəklər”.
Rüfət
SULTAN