"Vaksinasiyanın məcburi xarakter daşımasının alternativi olmayacaq"

"Bəşəriyyət koronavirusun müxtəlif növləri ilə mübarizəsini davam etdirir, virusun bir növü yoxa çıxmağa yaxın olarkən, yenisi peyda olur və mübarizı dayandığı yerdən davam edir. Virusla mübarizə davam edərkən virusun necə peyda olduğu müzakirələri də azalmır". 
 
Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 
 
Politoloq ABŞ kəşfiyyatının koronavirusun yaranması haqqında məlumatı olan çinli alimlər və həkimlər içərisindən xəfiyyə axtarışına çıxdığını diqqətə çatdırıb:

"Amerika kəşfiyyatı ilkin məqamda virusun yayıldığı Çinin Uhan şəhərindəki laboratoriyanın genetik məlumat bazasını ələ keçirib. Ancaq baza məlumatlarının şifrələrinin açılmasına ehtiyac var. Bunu isə ancaq həmin laborarotiyada çalışan çinli alim və həkimlər yerinə yetirə bilərlər.   

ABŞ kəşfiyyatı Çindən istədiyi məlumatları əldə etməkdə israrlıdır. Yaxın keçmişdə Amerika tərəf qaçan çinli alim və həkimlər qeydə alınmış və onlar virusun yaranması və yayılması barədə ABŞ kəşfiyyatına müfəssəl məlumatlar vermişdilər. Görünür, Amerika kəşfiyyatı üçün bu kifayət deyil ki, daha çox məlumata ehtiyac duyur. 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı Partiyasının üzvləri avqustun 2-də hesabat yayınladılar. Həmin hesabata görə, virusun Uhan laboratoriyasından yayıldığı qənaətinə gəlinirdi. Bu hesabat açıq mənbələrdən toplanan məlumatlar əsasında hazırlanmışdı. Hesabat müəllifləri ABŞ prezidentinə Uhanda çalışan alimlərə qarşı sanksiyaların tətbiqinə çağırırdılar. 
 

Dünya Səhiyyə Təşkilatının nümayəndə heyəti araşdırma aparmaq məqsədilə Uhan laboratoriyasında olmuşdu. Ancaq təşkilat ikinci səfərə də ehtiyac duyduğunu açıqlamışdı. Birinci səfərə icazə verən Pekin təşkilat nümayəndələrinin Uhan labroratoriyasında ikinci tədqiqatına "yox” dedi. Bu da yeni şübhələrə yol açdı". 

Politoloq ABŞ-ın keçmiş prezidenti Donald Trampın açıqlamasını da xatırladıb:
 
"Tramp "Fox News” televiziya kanalına müsahibəsində virusun Uhan laboratoriyasından yayıldığına şübhə etmədiyini bildirib. Ona görə də virusu "Çin virusu” olaraq adlandırdığını vurğulayıb. O, müsahibəsində sosial şəbəkələrdən də şikayət edib: 

"Sosial şəbəkələr virusun laboratiyada hazırlandığı xəbərlərini yayan insanları blok etdi. Mən yenə də o fikirdəyəm ki, koronavirus laboratoriyada peyda olub və indi bir çoxları mənim qənaətimi bölüşür”.

Co Baydenin prezident kampaniyası zamanı əsas vədi virusa qarşı mübarizəni gücləndirəcəyi idi. Həqiqətən Bayden prezidentliyinin ilk aylarında virusa qarşı vaksinasiyanı genişləndirdi və müsbət nəticələr əldə edildi. Ancaq virusun yeni növləri peyda olduqca Amerikada vəziyyət yenidən pisləşib. Misal üçün bir qisim mütəxəssisinin hesablamalarına görə, Amerikada virusa yoluxanların gündəlik sayı 300 minə çatacaq. İndiki rəqəmlər 70 mindir. 
 
Virusun Amerikada geniş yayılmasını şərtləndirən digər səbəb qadağaların və məhdudiyyətlərin ortadan qaldırılmasıdır. Buna görə də Ağ Ev sahibi ştatların qubernatorlarına tapşırıq verib: 
 
"Əhalinin tamamı vaksinasiya olunmalıdır!”. Co Bayden hələ ki, vaksinasiyanın məcburi şəkildə tətbiqinə qərar verməyib. Ancaq Amerikada vəziyyət yenidən mürəkkəbləşərsə vaksinasiyanın məcburi xarakter daşımasının alternativi olmayacaq".
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...