Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı
18:57 / 24.06.2016
2560
Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb.
27 yaşlı Günay Həşimova və uşağı həkim
səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşova danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir.
Hamiləliyinin 6-cı aylığında Günay kəskin qarın
ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin
cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra
Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə
Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər
orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub.
Günay özü isə iyunun 14-də həyatını itirib.
"Biz ümid edirdik, o sağalacaq. Yaşamaq
istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi
Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq
verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv
diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar
onlardır” deyə Nigar Dadaşova bildirib.