Tovuzda başı kəsilən qızın gizli mesajları ortaya çıxdı
Hadisə
21:31 / 22.06.2016
2823
Bir neçə gün öncə Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Rayonun
Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın meyti tapılıb. Onu hansı səbəbdən
və kim tərəfindən qətlə yetirilməsi hələ də məlum deyil.
G.Gülməmmədovanın
əmisi Natiq Gülməmmmədov açıqlamasında qatilin tapılması üçün axtarışların
davam etdirildiyini deyib.
"Günayın
kim tərəfindən öldürülməsini bilmirik. Ailənin heç kimlə problemi, ədavəti
olmayıb. Qardaşım sakit insandır. Hazırda o, xəstə olduğu üçün gəzə bilmir.
Bizim nəslimizdə ilk dəfədir, belə qətl hadisəsi baş verib. Bu, dəhşətli qətldir.
Günayı öldürən normal insan ola bilməz. Belə cinayəti ancaq terrorçular,
İŞİD-çilər törədə bilər".
Əmisinin
sözlərinə görə, poli əməkdaşları tərəfindən G.Gülməmmədovanın bir oğlanla
danışdığı aşkar edilib: "Araşdırma zamanı Günayın telefonunda gizli
mesajlar tapılıb. O, kiminləsə mesajlaşırmış. Polis əməkdaşları hazırda həmin şəxsin
müəyyən edilməsi istiqamətində iş aparırlar. Bəlkə də hadisəni həmin şəxs törədib.
Polis tərəfindən mesajlar yoxlanılıb. Həmin şəxs polisə ifadə verəcək. Biz onun
kim olduğunu bilmirik. Ailə üzvləri Günayın oğlanla danışdığından xəbərsiz
olublar. Mesajlar onun ölümündən sonra ortaya çıxıb.
Cinayətin
baş verdiyi axşam Günay evdəkilərə qonşuya getdiyini deyib. O, beş dəqiqəyə evə
qayıdacağını bildirib. Amma qayıtmayıb. Bir neçə saatdan sonra Günayın başı kəsilmiş
vəziyyətdə meyiti tapıldı".