Azərbaycan KTMT-yə üzv olacaq? - “İkinci Qarabağ müharibəsindən sonra gözlənilən idi”

13:04 / 07.07.2021
1440
Rusiya Dövlət Dumasının mətbuat xidmətindən
bildirilib ki, Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq niyyətindədir.
Dövlət Dumasının rəsmisi Leonid Kalaşnikov hələ ki,
bu istiqamətdə danışıqların olmadığını deyib.
Maraqlıdır, Azərbaycan KTMT-də müşahidəçi statusu
alarsa, bunun nə kimi müsbət tərəfləri olacaq? Ümumiyyətlə, statusun verilməsi
yaxın zamanlarda real görünürmü?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq
Miri müşahidəçi statusunu verilməsi məsələsinin hələ İkinci Qarabağ müharibsi dönəmindən
planda olduğunu deyib:
"KTMT dünya nizamına təşkil edən təşkilat
deyil. Bu qurum Rusiyanın regional təşkilatıdır. Sadəcə olaraq, Azərbaycan-Ermənistan
münasibətləri çərçivəsində KTMT-nin neytral qalması Azərbaycanın müşahidəçi
statusu almasına gətirib çıxaracaq. Düşünürəm ki, Zəngəzur istiqamətində sərhədlərin
delimitasiya və demarkasiyası prosesində Ermənistanın Rusiyaya, KTMT-ə müraciəti
və KTMT-nin baş katibi Stanislav Zasın bu məsələnin sözügedən təşkilata aid
olmadığını bildirməsi Azərbaycan-KTMT arasında razılaşmanın olmasına işarədir".
Politoloq Azərbaycanın KTMT-ə müşahidəçi olacağı təqdirdə
Rusiyanın təzyiqlərinin azalacağını deyib:
Əzizə Zeynal
Sfera.az