Ağdamda 85 Şərq çinarından 82-i məhv edilib

Ağdamda 85 Şərq çinarından 82-i məhv edilib
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub.

Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri var:

"Bu ağaclar çox qədimdir, 1400-1600 yaşı vardır. İşğaldan azad olunmuş ərazilərdə mövcud olan 152 ağacdan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonunun ərazisində aparılan monitorinq zamanı 139-nun olduğu əraziyə baxış keçirilib. Monitorinq nəticəsində məlum olub ki, bu ağacların 123-ü artıq məhv edilib, yandırılıb, kəsilib. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud olub. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi məlum olub”.

OXŞAR XƏBƏRLƏR