TƏBİB: Səyyar briqadalar vasitəsilə 53 minə yaxın doza vaksin vurulub

TƏBİB: Səyyar briqadalar vasitəsilə 53 minə yaxın doza vaksin vurulub
"Peyvəndlənmə prosesi tam sürətlə, Vaksinasiya Strategiyasına uyğun uğurla davam etdirilir".

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, insanlar arasında vaksinasiyaya maraq artıb: "Vaksin olunmaq üçün vətəndaşlar randevu sistemindən istifadə etməklə peyvəndlənə bilərlər. TƏBİB tərəfindən aprelin 2-dən başlayaraq tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədi ilə səyyar briqadalar vasitəsilə də peyvəndlənmə aparılır".

TƏBİB rəsmisi bildirib ki, bu günə kimi onlarla özəl və dövlət qurumlarından daxil olan müraciətlərə əsasən səyyar briqadaların köməkliyi ilə vaksinasiya aparılıb: "İndiyədək səyyar vaksinasiya briqadasının vasitəsilə ümumilikdə 52 826 doza vaksin istifadə olunub. Onlardan 35 925 nəfəri 1-ci, 16 902 vətəndaş isə 2-ci dozanı qəbul edib”.

"Hazıda Koroğlu mertostansiyası yaxınlığında yerləşən "Bravo" supermarketində əhalinin peyvəndlərə rahatlığı və əlçatanlığının təmini məqsədilə növbəti səyyar briqada təşkil edilib. Gün ərzində vətəndaşlar burada fəaliyyət göstərən vaksinasiya məntəqəsinə müraciət edərək peyvəndlənə biləcək. Könüllü vaksinasiya prosesində insanlarımızın iştirakının daha da artması üçün 18 yaşından yuxarı hər kəsi çəkinmədən vaksinasiyada iştiraka dəvət edirik”, - E.Baxış qeyd edib.

OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...