Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı

Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, agentlik tərəfindən aparılan yoxlamalar zamanı "QZM Group” MMC-nin sifarişi ilə fiziki şəxs Mustafa Ramiq Nəbi oğlu tərəfindən istehsal olunan (03.02.2021-ci il istehsal tarixli məhsul partiyası) və "Allbuy” MMC tərəfindən istehsal olunan "Karvanka” (05.04.2021-ci il istehsal tarixli məhsul partiyası) və "Violetta” (01.12.2020-ci il istehsal tarixli məhsul partiyası) əmtəə nişanlı kərə yağının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyənləşdirilib.

Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib.

İstehsalçı tərəfindən məhsulun 82,5% duzsuz kərə yağı olduğu bəyan edilsə də, müayinələr nəticəsində məhsulun bitki mənşəli yağ olduğu aşkar olunub.

Faktla bağlı sözügedən məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini ardıcıl davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...