106 nərə balığı ovlayanlar həbs edildi - Baş Prokurorluq

106 nərə balığı ovlayanlar həbs edildi - Baş Prokurorluq
Bir qrup şəxsin qanunsuz balıq ovlaması barədə Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Elmar Babayevin təşkilatçılığı və rəhbərliyi ilə Bəhruz Mirzəyev, Raqib Əhmədov, Xəyal Bəxtiyarov və Qismət Mürşüdov nərə cinsli balıqların qanunsuz ovlanması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeydiyyatsız və bort nömrəsiz, "Bayda” tipli üzmə vasitəsi ilə 2021-ci il iyunun 15-dən 19-dək olan müddətdə Xəzər dənizindən qanunsuz olaraq 620 kq çəkidə 106 ədəd nərə cinsli balıq tutmaqla ümumilikdə təbiətə 21 min 200 manat, yəni külli miqdarda ziyan vurublar.

Qeyd edilən şəxslər Cinayət Məcəlləsinin 256.3 (qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında balıq və digər su bioresurslarının qanunsuz tutulması) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...