Şadlıq saraylarında kondisioner işləyəcək?

Şadlıq saraylarında kondisioner işləyəcək?
Nazirlər Kabineti yanında Operativ Qərargahın şənlik mərasimlərinin keçirilməsi ilə bağlı qərarı ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirə olunur.

COVID-19 pasportu və maska qadağası ilə yanaşı, şənlik mərasimlərində kondisionerlərin işləyib-işləməyəcəyi ilə bağlı məsələ də müzakirə mövzusudur. İzləyicilər havaların çox isti keçdiyi bir vaxtda kütləvi toplaşılan məkanlarda kondisioner və havalandırma sisteminin işləməyəcəyindən narahat olduqlarını qeyd edirlər.   

"Qafqazinfo” bu məsələ ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirməyə çalışıb. Məlum olub ki, 2021-ci ilə aid "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də kondisioner və havalandırma sistemindən istifadəyə qadağa qoyulması ilə bağlı məlumat yoxdur. 

Müzakirənin haradan qaynaqlandığı ilə bağlı dolğun cavab ala bilmək üçün Nazirlər Kabineti və Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, ətraflı açıqlama ala bilmədik. Lakin Səhiyyə Nazirliyindən də metodiki göstərişlərdə ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadəyə qadağa qoyulması ilə bağlı məlumat olmadığı bildirildi. 

Xatırladaq ki, builki göstərişlərdə olmasa da, Səhiyyə Nazirliyinin ötənilki metodiki göstərişlərində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsini, ventilyatorlardan və sərinkeşlərdən istifadə edilməməsinin təmin edilməsi nəzərdə tutulurdu. 

OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...